Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Bəhreyndə müxalifət liderinin həbsinə görə şiddətli toqquşmalar baş verib

Bəhreynin baş prokurorluğu ötən gün müxalifət lideri Şeyx Əli Salmanın həbs müddətini daha 15 gün artırılması ilə bağlı bəyanatından sonra ölkənin müxtəlif bölgələrində polislə aksiyaçılar arasında toqquşmalar baş verib.

İnterAz-ın "əl-Aləm"-ə istinadla verdiyi xəbərə görə, ən iri aksiya ölkənin əl-Bilad bölgəsində və Bəhreynlə Səudiyyə Ərəbistanını birləşdirən yolun üzərində keçirilib. Polisin gözyaşardıcı qazlar və rezin güllələrlə müdaxiləsindən sonra şiddətli toqquşmalar baş verib.

Yerli və Beynəlxaq hüquq təşkilatları müxalifət lideri Şeyx Əli Salmanın dərhal azad edilməsini tələb ediblər.
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber