Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

60 mindən çox qeyri-leqal miqrantı ölkədən çıxarılıb

Səudiyyə Ərəbistanı 2 həftə ərzində 60 mindən çox qeyri-leqal miqrantı ölkədən çıxarıb

Səudiyyə Ərəbistanı 2 həftə ərzində 60 mindən çox qeyri-leqal miqrantı ölkədən çıxarıb. Apa-nın məlumatına görə, bu barədə The Express Tribune qəzeti Səudiyyə Ərəbistanının daxili işlər naziri Məhəmməd ben Naifin açıqlamasına istinadən məlumat yayıb.

“Qeyri-leqal miqrantlara qarşı aparılan kampaniya bundan sonra da davam etdiriləcək, bu kampaniya müddətsizdir”, deyə deyə ben Naif qeyd edib.

Söhbət Səudiyyə Ərəbistanına qanunsuz gələn və ya ölkədə qalmaq müddəti bitmiş Banqladeş, Filippin, Hindistan, Nepal, Pakistan və Yəməndən olan miqrantlardan gedir.
2531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
Go to TOP