Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

ABŞ-da terakt törədən çeçenin məhkəməsi başlayır

Dünən Boston Federal Məhkəməsində Coxar Sarnayevin cinayət işi üzrə məhkəmədə iştirak edəcək andlıların seçim prosesi başlayıb. O, 15 aprel 2013-cü ildə Boston marafonunun finişində partlayış təşkil etməkdə ittiham olunur. Üç gün ərzində 1200 iddiaçıdan 12 əsas və 6 ehtiyat andlı seçilməlidir.

Məhkəmə prosesi yanvarın 26-da start götürəcək. Proses üç aydan altı ayadək uzana bilər. Gözlənilənlərin əksinə olaraq, müttəhim özü məhkəmə zalına gəlib. Prokurorluq ən ağır cəza tələb edir – ölüm hökmü. 21 yaşlı Coxar Sarnayevə kütləvi qırğın silahı tətbiq edilməsi də daxil olmaqla 30 epizod üzrə ittiham irəli sürülüb. Müttəhim isə bütün ittihamları inkar edir.

Sarnayevin vəkili cəzanın yüngülləşdirilməsi üçün istintaqla razılığa gələ bilməyib. Belə ki, vəkil vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzasına ümid edirdi.

Qeyd edək ki, Boston marafonundakı partlayış ABŞ-da 11 sentyabr 2001-ci ildən sonra törədilmiş ən böyük terror aktı hesab olunur. Terror aktı nəticəsində 3 nəfər ölmüş, 260 nəfərdən çox adam yaralanmışdı. Partlayışın təşkil edilməsində Çeçenistanda doğulmuş, ABŞ-da yaşayan Sarnayev qardaşları ittiham olunurlar. Tamerlan Sarnayev yaxalanarkən öldürülüb./axar/
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:51