Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Çin ABŞ-ı vurmaq gücündə olan raketlər hazırladı

Birləşmiş Ştatlar Çinin strateji təyinatlı raket qüvvələrinin modernləşdirilməsindən narahatdır.

Artıq 10 ədəd DF-31 sinfinə məxsus qitələrarası ballistik raket Pekinin sərəncamındadır. “İnterneyşnəl Biznes Tayms”ın (“International Business Times”) yazdığına görə, Amerika kəşfiyyatının məruzələrində göstərilir ki, 11.200 km-lik məsafə üçün nəzərdə tutulmuş DF-31, DF-31A raketlərinin modern versiyaları ABŞ ərazilərindəki strateji hədəfləri məhv etməyə qadirdir. Belə raketlərin buraxılması üçün Çinin xalq-azadlıq ordusuna cəmi 30 dəqiqə lazımdır.

ABŞ əmindir ki, Pekin 30 kompleks DF-31 və DF-31A-ya malikdir. Pentaqon öyrənib ki, Çin həmçinin Dunfen - DF-41 raket seriyasının başqa bir növünü də hazırlayır.

“Pentaqon ona görə həyəcan içindədir ki, Çin özünün arsenalını zənginləşdirməklə bütün dünyada hərbi təsirini gücləndirəcək, iqtisadi və diplomatik maraqlarının diapazonunu genişləndirəcək, Birləşmiş Ştatların regional müttəfiqləri də daxil olmaqla qonşu dövlətlərə olan təsirini artıracaq. Ona görə də Çinin hərbi modernləşdirilmə proqramı ABŞ-a rahatlıq vermir”, - qəzet iddia edib.
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...