Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Piylənməyə qarşı ən effektli meyvə

Mandarin əsl vitamin anbarıdır. C vitamini ilə yanaşı, B1, B2 və P vitamini ilə zəngindir. Mandarinin qabığında üzvi turşular, karotin (yerkökü, yumurta sarısı və südün tərkibində olan narıncı-sarı piqment), qlükoza və efir yağları var.

Cənubi Koreya alimləri əmindirlər ki, mandarin piylənməyə qarşı ən effektli vasitədir.
Onlar kökəlmədən əziyyət çəkən 30 şagirdə iki ay ərzində mandarin yedirib, mandarin şirəsi içirdiblər. Nəticədə eksperiment iştirakçılarının çəkisi 1,5 faiz azalıb. Onların ciyərlərində də yağların miqdarı azalıb.

Mandarinin bağırsaq və ishalla müşayiət olunan xəstəliklərdə faydası var. Bağırsaq xəstəliklərində quru mandarinin tozu (yarım çay qaşığı ilə gündə iki dəfə) həzmin yaxşılaşmasına kömək edir.

Qurudulmuş mandarinin tozunu suya salıb içildikdə öskürəyi yumşaldır. Mandarin şirəsi vitaminlərlə zəngin olduğu üçün dərini gözəlləşdirir.
856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP