Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Ailəsinin 3 üzvünü güllələyib, özü intihar etdi

ABŞ-ın Corciya ştatında 21 yaşlı gənc 12 yaşlı bacısı daxil olmaqla ailəsinin 3 üzvünü güllələyib, sonra isə intihar edib.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, insident Poldinq dairəsində yaşayış evində baş verib. “Atlanta Journal-Constitution” qəzetinin məlumatına görə, 21 yaşlı Feliks Almonte yerli polisdə çavuş rütbəsində xidmət edən ögey atası Sem Driskelin tapançasını ələ keçirərək onu, anasını və 12 yaşlı bacısını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib.

Sem Driskelin işə çıxmadığını görən həmkarları məsələyə aydınlıq gətirmək üçün evinə gəliblər və burada 4 cəsəd aşkarlayıblar.
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...