Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

ABŞ yenə Rusiyanı hədələdi

Rusiya Ukraynada münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti administrasiyasının nümayəndəsi Coş Ernest bildirib.

“Rusiya öz öhdəliklərini yerinə yetirməkdən imtina etdikcə Kremlin yeni sanksiyalarla üzləşmə riski də artacaq”, deyə Ernest qeyd edib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, öhdəliklər dedikdə, o, etirazçılara hərbi dəstəyə son qoyulmasını nəzərdə tutur.

Ernest vurğulayıb ki, Rusiya öhdəlikləri yerinə yetirəcəyi təqdirdə prezident Obama Moskvaya qarşı sanksiya rejimini aradan qaldıracaq./apa/
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber