Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Polis liftdə özünü vurdu

Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis nəfəri səhvən özünü vurub.

ABŞ-ın Kentukki ştatında yaşayan polis işçisi Daril Juet restoranlardan birində həyat yoldaşı ilə axşam yeməyindən çıxarkən başına iş gəlib. Hadisə binanın liftində baş verib və anbaan təhlükəsizlik kamerasına yazılıb.

Həyat yoldaşı ilə xoşbəxt bir şəkildə liftə daxil olan Daril Juet əvvəlcə mobil telefonunu cibinə qoyur və daha sonra belindəki silahı çıxarıb qaydaya salmaq istəyərkən səhvən mədəsinə atəş açır.

Polis Juet aldığı yaradan dərhal yerə çökür. Həyat yoldaşı isə əvvəlcə təşvişə düşsə də sonra təcili yardıma məlumat verib.

Hadisə baş verən yerə gələn tibb işçiləri yaralıya ilkin ambulator yardım göstərərək onu xəstəxanaya çatdırıblar. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir./ans/
787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.17, 11:59
Azərbaycanda Azadlıq