Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

“Əl-Qaidə” İran səfirliyinə hücumun məsuliyyətini öz üzərinə götürdü

Beyrutun Dahiyə rayonunda, İran səfirliyi yaxınlığında bomba yüklü iki avtomobil və iki motosiklet partladılıb. Partlayışlar nəticəsində səfirliyin mədəniyyət işləri üzrə müşaviri, 54 yaşlı axund İbrahim Ənsari və daha 23 nəfər həlak olub.

Hadisə İbrahim Ənsari avtomobilindən düşüb səfirliyə daxil olarkən baş verib. İran səfirliyinin qapısı yerindən qopub, səfirlik binasına ziyan dəyib.

İranın Beyrutdakı səfiri Qəzənfər Rüknabadi müşaviri İbrahim Ənsarinin həlak olduğunu təsdiqləyib.

Son məlumatlara görə, hadisədə 146 nəfər ağır yaralanıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm jurnalistlərə deyib ki, Beyrutdakı partlayışları İsrailə bağlı qüvvələr törədib.

Amma günün ikinci yarısında məlum olub ki, “əl-Qaidə” terror təşkilatı terror aktının məsuliyyətini öz üzərinə götürüb.
1918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı