Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Müxalifət etiraz aksiyalarına hazırlaşır

Düşərgə seçki ili ilə bağlı fəallığı birə-üç artırmaq niyyətindədir, siyasi dustaqlara görə mitinqlər davam edəcək; marta kimi onlar azad edilməsə, taktikaya düzəliş ediləcək...
2015-ci ilin gəlişi ilə Azərbaycanın siyasi mühitində canlanma hiss olunur. Demokratik düşərgə yeni illə bağlı planlarını açıqlamağa başlayıb. Noyabrda ölkəmizin siyasi mühitini əhəmiyyətli şəkildə dəyişə biləcək parlament seçkiləri keçiriləcək. Bu, ilin gərgin keçəcəyindən xəbər verir.

Bu il ölkəmizdə bir sıra başqa tarixi hadisələr də yaşanacaq. Yayda Bakıda Avropa Yay Oyunları keçiriləcək. Ölkə müxalifətinin böyük kəsimi bu tədbiri boykot eləməyə çağırır. Səbəb də Azərbaycandakı siyasi məhbuslardır. Artıq Azərbaycan hakimiyyətinin qarşısına yay oyunlarına qədər siyasi məhbusları azad etmək tələbi qoyulub. Əks təqdirdə, yarışma keçiriləcəyi müddətdə etiraz aksiyalarının olacağı istisna edilmir.
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
19.05.17, 21:19
Nağıllar hökuməti
19.05.17, 11:17