Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Azərbaycan Ordusunun mövqelərini 57 dəfə atəşə tutulub

Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Sarıcalı, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39