Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Rusiya Miladı qeyd edir: Putin kilsədə - Foto

Rusiyada ortodoks xristianlar Moskva çayı sahilində yerləşən Xilaskar İsa kilsəsində Patrik Kirillin təşkil etdiyi ayində İsanın mövludunu - Milad gününü qeyd edib.

Dini tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedyev və həyat yoldaşı Svetlana Linnik də iştirak edib.

Yuli təqvimindən istifadə edən Rusiya Pravoslav kilsəsi Milad bayramını 6 yanvardan 7-nə keçən gecə qeyd edir.

Xatırladaq ki, dövlət başçılarının kilsələrdə xalqla birgə ibadət etməsinin əsasını Rusiyanın ilk dövlət başçısı Boris Yeltsin qoyub. O, 1992-ci ildə təşkil edilən ayinə qatılaraq Kreml ilə kilsə arasında ünsiyyətin yenidən qurulmasını təmin etmişdi. 





/axar/

741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31