Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

İran İraqın 40 kilometrlik ərazisini terrorçular üçün qırmızı zona elan edib

İran ordusunun quru qüvvələrinin komandiri bildirib ki, İraqın İran sərhədi boyunca 40 kilometrlik ərazi zolağı İran üçün qırmızı zona hesab olunur.

İnterAz-ın İran mətbuatına istinadən məlumatına görə, briqada generalı Əhməd Rza Purdəstan bildirib ki, terrorçuların İrana qarşı hər hansı təxribatının qarşısını vaxtında almaq üçün İraqın içərilərinə doğru 40 kilometrlik ərazi İran ordusu üçün qırmızı zona hesab olunur.

"Təkfirçi "İŞİD" terrorçuları İraqın qərbinə doğru irəliləsə və İran sərhədlərinə yaxınlaşsa quru qüvvələrimiz onları məhv etmək üçün tam gücüylə hazır vəziyyətdə olacaq." - general Purdəstan "İrna" agentliyinə müsahibəsində deyib.

İranlı general "İŞİD"in bu barədə məlumatlı olduğunu da qeyd edib: "Biz İraq torpağında 40 kilometrlik ərazini özümüz üçün qırmızı zona hesab edirik və bu barədə terrorçulara xəbərdarlıq da göndərmişik. Onlara bildirilib ki, əgər həmin xətti keçərlərsə İranın ağır cavabı ilə üzləşəcəklər. Qruplaşma bizim mesajımızı qəbul etdi və həmin zonanı təcili olaraq tərk etdi."

Əhməd Rza Purdəstanın sözlərinə görə, İran ordusu terrorçuların döyüş taktikalarını çox yaxşı bilir və onların İraqdakı fəaliyyətlərini yaxından izləyir.
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber