Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Varikoz xəstəliyi necə inkişaf edir

İnsan bədənində 3 növ qan damarları var:
- arteriyalar oksigenlə zəngin olan qanı orqan və toxumalara çatdırır,
- kapilyarlar vasitəsilə oksigen və qidalı maddələr bilavasitə toxumalara çatdırılır,
- venalar. Venalarla qan geri, ürəyə qayıdır.
Venaların daxilində xüsusi qapaqlar var ki, bu qapaqlar qanın geriyə axmasına mane olur. Əgər qapaqların fəaliyyətində pozulmalar yaranarsa, venalarda qan yığılmağa başlayır, venalar burulur, enlənir və dəridən görünməyə başlayır (xüsusilə pəncə və baldır nahiyələrində). Bu varikoz xəstəliyidi. Bu xəstəlik qadınlarda kişilərlə müqayisədə daha tez-tez inkişaf edir. Bu xəstəliyin əsas risk faktoru irsiyyət sayılır.
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41