Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Başı kəsilən Bakı sakini haqqında şok xəbərlər

Dünən Bakının mərkəzində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. «Sahil bağı»nın yaxınlığında naməlum şəxs və ya şəxslər 26 yaşlı Həsənov Namiq Həsən oğlunu gəzdirdiyi itə görə amansızlıqla qətlə yetirib. Şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Həsənov «Sahil bağı»nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib. H.Həsənovu qətlə yetirən şəxs onun dostu, 22 yaşlı Orxan Məmmədzadəyə də bıçaqla xəsarətlər yetirib.

Dekabrın 6-sı saat 18:47 radələrində qətlə yetirilən H.Həsənov 1989-cu ilin 24 sentyabr tarixində Bakıda anadan olub və Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayırmış. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu isə Yasamal sakinidir.

İlkin məlumatlarda H.Həsənovun başının kəsildiyi bildirilsə də, sonradan onun ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən keçindiyi məlum olub. O.Məmmədzadə isə qarın boşluğundan kəsilmiş-deşilmiş xəsarətlər alıb./apa/
875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44