Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən jurnala basqın: 11 ölü

Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.

“Le Figaro”nun verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.

İlkin informasiyalara əsasən hadisə zamanı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.

Olayla əlaqədar Fransa prezidenti Fransua Olland hökumətin təcili iclasını çağırıb.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi. Jurnal bu gün baş verən terror aktından qısa müddət öncə “Twitter” səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını paylaşıb./apa/
746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...