Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Ağdamın kəndləri atəşə tutuldu: Orta Qərvənddə dərslər dayandı

Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar.

Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib.

Kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus “VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Bundan başqa, Orta Qərvənd kəndi də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb.

Xatırladaq ki, son bir həftə ərzində erməni hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur./apa/
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR