Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

Yalvaran polisi güllələdilər (+18VİDEO)

Fransanın paytaxtı Parisdə satirik "Charlie Hebdo" jurnalının redaksiyasına hücum anında dəhşət yaşanıb. 

Hücum edən şəxslər qara avtomobildə hadisə yerindən uzaqlaşarkən yerdə yaralı halda uzanan polisin başından vurublar. Polisin onlardan atəş açmamalarını xahiş etsə də ona rəhm etməyiblər. 

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə satirik jurnal olan "Charlie Hebdo"nun mərkəzinə hücum olub. İki naməlum şəxs jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib. 

ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, silahlı şəxslərin basqını insan itkisi ilə nəticələnib. İlkin məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb. 

Jurnal daha öncə Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara səbəb olmuşdu. 

Hücumcular qaçanda hadisə yerinin yaxınlığında olan bir polis maşınını da atəşə tutublar. Hadisə şahidləri azı 30 güllə səsi eşitdiklərini deyiblər. /ans/






1944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP