Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

QAT sədri İran səfirliyində olub

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu gün İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayinlə görüşüb. Görüşdə iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdə münasibətlərin daha da yaxşılaşması, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsiri, Qeyri-Hökumət Təşkilatlarının, elm və təhsil müəssisələrinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub. QAT sədri Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərdə Qeyri-Hökumət Təşkilatlarının rolunun artırılması, İranda QAT –ın nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayıb. Cənab səfir qoyulan məsələlərə müsbət yanaşdığını, bu əlaqələrə dəstək verməyə hazır olduğunu, ümumiyyətlə ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində istənilən dəstəyi verməyə hazır olduğunu, bu yöndə konkret təkliflər verdiyini bildirib.
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP