Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

"Yersiz və məntiqsiz sözləri əsla qəbul etməyəcəyik"

“İran nüvə müzakirələrində yersiz və məntiqsiz sözləri əsla qəbul etməyəcək”.

Bu açıqlama ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib. Zərif artıq Qərbin İranın etibarlı tərəfdaş olduğuna inandığını bildirib:

“Nüvə müzakirələri İranın qüdrətli, həm də anlaşmaya meylli olduğunu göstərdi, digər tərəfdən isə sanksiyaların genişlənməsinin qarşısını aldı. İran bu gün regionun problemi yox, əksinə stabillik və təhlükəsizlik amilidir. Hətta ABŞ dövlət başçıları da İranın regionda mühüm rol oynadığını etiraf etdilər. Bu gün “Altılıq” ölkələri ilə uranın zənginləşdirilməsinin dayandırılması və ya Fordo və Arak nüvə təsisatlarının bağlanması müzakirə edilmir. İranın ekspertləri “Altılıq” qrupundakı həmkarları ilə texniki detalları müzakirə edirlər və İranın nüvə təsisatının fəaliyyətini davam etdirməsi barədə onlarla danışıqlar aparılacaq. İran nüvə müzakirələrində yersiz və məntiqsiz sözləri əsla qəbul etməyəcək”./axar/
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11