Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Bu gün qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 08-də hava şəraitinin fasilərlə yağıntılı olacağı, qar yağacağı, şimal-qərb küləyinin şiddətlənəcəyi, çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı gözlənilir.
Havanın temperaturu yanvarın 07-dən 08-nə keçən gecə 1-3 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacaq.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə və gündüz 90-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 08-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yanvarın 08-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 09-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yanvar ayının 07-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 08-09-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Yanvarın 08-də, 09-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 08-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.
Havanın temperaturu yanvarın 08-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 09-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 09-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə yanvarın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir. Bəzi rayonlarda qərb küləyi güclənəcək.
Yollar buz bağlayacaq.
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:08<