Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Fransızlar evlərinə qapanıb

“Şarli ebdo” jurnalına olan hücum Fransa paytaxtının sakinlərini şoka salıb.

"Euronews" xəbər verir ki, qış endiriml'rinin birinci günü adətən dolu olan mağaza və mərkəzi küçələr indi elə də insanla qaynamır.

Parislilər və şəhərin qonaqları müsahibə verərək terrorun hər bir halını pisləyirlər.

Qeyd edək ki, ötən gün “Charlie Hebdo” jurnalına hücum zamanı 12 nəfər öldürülub.

Bildirilir ki, baş vermiş hadisədən bir müddət əvvəl terrorçular yoldan keçənlərə onların terror qruplaşmasının üzvlərinin olmasını KİV-lərə çatdırmağı istəyiblər: "Onlara bildirin ki, bunu Yəməndəki "əl-Qaidə" edib".

Bu gün öldürülən “Charlie Hebdo” jurnalının baş redaktoru Stefan Şarbonyenin “əl-Qaidə”nin “qara siyahısı”nda olduğu da yayılan məlumatlar sırasındadır.

Terror təşkilatı baş redaktoru Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyinə görə hədəfə alıblar.
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50