Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Ukraynada 500 polis işdən çıxarıldı

Ukraynada etirazçılara qarşı əməliyyat keçirilən zonaya getməkdən imtina edən 500 polis vəzifələrindən uzaqlaşdırılıb.

Onlar Xarkov Daxili İşlər Nazirliyinin yerli orqanlarından xaric edilib.

"Etirazçılara qarşı əməliyyat keçirilən zonaya getməyən polislər ərizələrini yazıb işdən çıxsınlar. Nəticədə 500 polis vəzifəsindən kənarlaşdırıldı. Amma onları qorxaq adlandırmaq olmaz", - deyə Xarkovda polis rəisi Baluta bildirib.

Ukrayna hakimiyyəti keçən il apreldən ölkənin şərqində etirazçılara qarşı əməliyyatlara başlayıb. BMT-nin son məlumatına görə, 4,7 min dən çox dinc sakin münaqişənin qurbanı olub, 10 min dən çox insan yaralanıb.
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP