Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Vəkil Mövsüm Səmədovdan yeni ismarış gətirdi

Noyabrın 19-da vəkil Anar Qasımlı Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüb.

“Media forum”a danışan vəkil bildirib ki, Mövsüm Səmədovun vəziyyəti normaldır və səhhətindən heç bir şikayəti yoxdur: “Lakin Mövsüm Səmədov İslam Partiyasının həbsdə olan üzvü Rufulla Axundzadənin vəziyyəti ilə bağlı narahat olduğunu bildirdi. Dedi ki, Rufulla Axundzadə ilə bağlı baş verə biləcək hər hansı hadisənin məsuliyyəti Azərbaycan hakimiyyətinin üstündə qalacaq. Görünür, bu hakimiyyət günahsız xəstə insanlardan belə əl çəkmək istəmir”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb. Nizami Rayon Məhkəməsi islamçı məhbusun səhhətinə görə azad olunmaqla bağlı vəsatətini iki dəfə geri qaytarıb. Noyabrda o, yenidən xəstəxanaya yerləşdirilib. Vəkili Anar Qasımlı onun həbsdən azad olunması üçün mətbuat vasitəsilə prezidentə müraciət edib.
2038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber