Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Doktor Mövsüm Səmədov atasının dəfninə niyə buraxılmadı?

Penitensiar xidmət qeyri-müəyyən açıqlama verdi

Rövşən Əhmədli: «Bu məsələdə də fərqli yanaşma var və Mövsüm Səmədovdan qisas alınır»

Azərbaycanda baş verənlər həqiqətən də utancvericidir. Hakimiyyətin rəqibləri ilə mübarizə üsulu yalnız hüquqi deyil, insani normalara da ziddir. Hakimiyyət yalnız rəqiblərini şərləməklə, müxalif fikirli insanların yaxınlarına təzyiq etməklə, mübariz insanları “vətən xaini” adlandırmaqla kifayətlənmir. Şərləyib həbs etdikləri insanları doğmalarının yas mərasiminə də buraxmırlar. Əvvəllər bu baxımdan vəziyyət daha yaxşı idi. Həbsdə olan müxalifətçilər valideynlərinin dəfn mərasimində iştirak edə bilirdilər. Son dövrlər isə bu ənənəyə də son qoyulub. Hakimiyyət qisasçılıq əməliyyatını insanların kədəri üzərində də davam etdirir.

Iki gün öncə Azərbaycan Islam Partiyasının sədri, hazırda həbsdə olan Mövsüm Səmədovun atası Mərdan Səmədov dəfn edilib. Bu barədə partiya sədrinin müavini Akif Heydərli “Qafqazinfo”ya açıqlamasında məlumat verib. A.Heydərli bildirib ki, Mövsüm Səmədovun atasının yas mərasimində iştirak etməsi üçün müvafiq strukturlara müraciət olunub. Müraciət M.Səmədovun ailəsi adından ünvanlanıb.

Vəkil Anar Qasımlı isə bildirib ki, artıq rəsmən müraciət edilib: “Həm Qobustan təcridxanasının rəhbərliyinə, həm də Penitensiar Xidmətə müraciət etdik. Işçi Qrup da bununla bağlı müraciət göndərib. Hələ ki, bir xəbər yoxdur, gözləyirik”.

Penitensiar Xidmətdan “Qafqazinfo”nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, onlara bu barədə müraciət edilib-edilməməsi haqda məlumat verə bilməzlər: “Bu, məhbusun hüquqlarının pozulması deməkdir. Bu barədə yalnız məhbusun yaxınları məlumat verə bilərlər. Penitensiar Xidmətə daxil olan hər bir müraciətə baxılır və 24 saat ərzində cavablandırılır. Razılıq verilib-verilməməsi də qanuni yollarla əsaslandırılır”.


“Azadlıq”a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli bildirdi ki, hakimiyyət Mövsüm Səmədovdan hələ də qisas alır: “Prezidentin sərəncamı olmuşdu ki, məhbusun valideyni dünyasını dəyişərsə, humanistlik əlaməti olaraq həmin məhbusa dəfn mərasimində iştirak etmək üçün şərait yaradılsın. Amma görünür, bu məsələdə də fərqli yanaşmalar var. Mövsüm Səmədovun atası dünyasını dəyişdi və ona qarşı humanistlik göstərilmədi. O, ailənin yeganə oğlan övladıdı və atasının son mənzilə yola salınmasında iştirak etməliydi. Mövsüm Səmədov siyasi sifarişlə həbs olunub, həbsxanada da ona qarşı qeyri-sağlam münasibət göstərilib və görünür bu məsələdə də sifariş var. Növbəti dəfə qisasçılıq davam etdirilir”.
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10
Döyül