Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

“Bahar Energy” 80 neftçini bir gündə işdən çıxardı

“Bahar Energy” əməliyyat şirkətinin 80 əməkdaşı bir gündə işdən çıxarılıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, ötən il bildiriş alan işçilər yanvarın 5-də ixtisara salınıb: “Artıq işdən çıxarılanların sayı 80-i ötüb. Amma yenə də ixtisarlar olacaq. Şirkət 2010-cu ildən indiyədək hər il işçilərin sayını azaldır. İldə 100-dən çox əməkdaşı ixtisara salır. Təkilatımıza daxil olan məlumatda deyilir ki, hazırda iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər. İş yükü artsa da əməkhaqqı artırılmır”.

M.Qəhrəmanlı “Azərneftyağ” və Neft Emalı Zavodunda da ixtisarlara başlanıldığını qeyd etdi: “İşçilərin peşə bilikləri Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində yoxlanılacaq. Yalnız yüksək bal toplayan işçilər yenidən işlə təmin olunacaqlar”.

“Bahar Energy” şirkətindən məlumatı şərh etmək istəməyiblər.
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:15