Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Ayətullah Xamenei: "Düşmənə etibar etmək olmaz"

"Amerika Birləşmiş Ştatlarına nüvə proqramı məsələsində etibar etmək olmaz". Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei belə bir açıqlama ilə çıxış edib. Ayətullah Xamenei qeyd edib ki, o, Amerikanın rəsmi Tehranın nüvə proqramı ətrafında vəziyyəti normallaşdırmaq planına şübhə ilə yanaşır. Onun sözlərinə görə, plan səmimi plan deyil.

“Sanksiyaların qaldırılması müqabilində qoyulan şərtlərin icra olunmasına əgər sənin qeyrətin yol vermirsə, sən nə etməlisən? Onlar bizdən İslamı tərk etməyi, müstəqilliyi, elmdə inkişafı tərk etməyi istəyirlər. Əlbəttə, bunu qəbul etməyəcəyik. Amerika həyasızca vurğulayır ki, hətta İran nüvə proqramı məsələsində geri addım atsa belə, ona qarşı sanksiyalar tamamilə ləğv edilməyəcək. Bu, göstərir ki, düşmənə etibar etmək olmaz. Biz danışıqlara qarşı deyilik. İcazə verin nə demək istəyirlərsə, desinlər. Lakin onlar reallığa söykənməli, uydurma maddələrlə çıxış etməməlidirlər”.
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP