Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Cəlilabadın hərbi komissarı bazar açıb

Valeh Nəcəfovun sağlam adamlara hərbi bilet satdığına dair iddialar mövcuddur

Azərbaycanda artıq hərbi xidmətə çağırışın növbəti mərhələsi başlayıb. Bir çox rayon və şəhərlərdə bu səbəbdən hərbi bilet alverinin də qızışdığı vurğulanır. Belə məlumatlardan biri isə Cəlilabad rayon Hərbi Komissarlığı və onun rəisi Valeh Nəcəfov haqqında yayılıb.

Həmin məlumatlarda deyilir ki, Nəcəfov Bərdədə hərbi komissar işlədiyi vaxtlarda böyük imkanlara sahib olub. Bundan başqa, onun Cəlilabada təyinat almasının səbəbi də bacarıqsızlığıyla deyil, daha gəlirli yerdə rəis işləməsi istəyi ilə bağlı olub.

Valeh Nəcəfov əhalisi heç də az olmayan Cəlilabadda artıq bazar açıb. Uşaqlarını hərbi xidmətdən yayındırmaq istəyən valideynlərlə danışıqlara gedən hərbi komissarın isə onlara bunun müqabilində 5000 manat vermələrini istəyir. Düzdür, bu alış-veriş məsələsində hərbi komissar bilavasitə iştirak etmir. Amma onun Hərbi Komissarlığın yaxınlığında «dəllaları»nın olduğu da verilən məlumatlarda özünə yer alıb.

İddialara görə, Cəlilabad Hərbi Komissarlıında hazırda bazar qanunları hökm sürür və hərbi komissar Valeh Nəcəfov bundan çox məmnundur. Çünki təkcə hərbi xidmətdən yayındırmağa görə, böyük pullar qazanmayan sözügedən şəxs, eyni zamanda «ostroçka»dan, arayışların verilməsindən və digər işlərdən də pul çıxarmağa nail ola bilib.

Onu da vurğulayaq ki, Valeh Nəcəfovun bir müddət əvvəl az qala hərbi komissarlıq xidmətindən uzaqlaşdırılacağı da gözlənilirdi. Bunun səbəbi isə onun iki oğlunun bahalı maşınlarda və müxtəlif odlu silahlarla fotoşəkilləri yayımlanmışdı. Həmin vaxt hərbi komssarın oğlanları üçün cinayət işinin qaldırılması da nəzərdə tutulurdu ki, sonradan proses təxirə salındı və ya tamamən silindi./jam.az/
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat