Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Bakıya ilk qar yağdı

Ötən gecədən başlayaraq paytaxt Bakıya qar yağmağa başlayıb.

Artıq şəhərin bəzi yerləri - xüsusilə Yasamal, Səbail, Binəqədi rayonları ağ örpəyə bürünməyə başlayıb. Ölkənin digər bölgələrində də qarlı, şaxtalı hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcəyi gözlənilir. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53