Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

İŞİD-in əsir götürdüyü Yezidi qadınların sayı 3 mindən artıqdır

"Yezidi kürdlərə mənsub olan 3 mindən çox qadın hələ də "İŞİD"in əsarətindədir".

İnterAz-ın "Russia Today" a istinadla verdiyi xəbərə görə, bu barədə İraq prezidenti ilə görüşən yezidi kürdlərin rəsmi nümayəndəsi məlumat verib.Nümayəndə heyəti ötən gün Bağdadda İraq prezidenti ilə görüşü zamanı Sincarda qaçqın vəziyyətinə düşmüş və əsir olmuş qadınların vəziyyətini müzakirə ediblər.

İraq prezidenti "İŞİD" tərəfindən yezidi kürdlərin zülmə məruz qalmasının bu azlığın tarixində ən acınacaqlı olduğunu deyib və tezliklə Sincarın və ətraf bölgələrin azad ediləcəyini vəd edib.

Qeyd edək ki, "İŞİD" ötən ilin avqust ayında Sincar və ətraf bölgələri ələ keçirib. Terror təşkilatı burada əsir götürdüyü qadınların əksər qismini öz üzvlərinə verib və ya Mosul bazarlarında satıb.
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı