Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Moskva merindən azərbaycanlılara xəbərdarlıq

Bu ilin əvvəlindən Rusiya paytaxtında yaşayan 13 min qanunsuz miqrant ölkədən çıxarılıb

Bu barədə məlumatı Moskva meri Sergey Sobyanin verib.

Tia  Rusiya mətbuatına istinadən xəbər verir ki, qanunları pozan 42,8 min nəfərin ölkəyə gəlişinə də qadağa qoyulub.

Bu isə bir il əvvəlkinə nisbətən daha artıqdır.

Sobyanin Rusiya və paytaxt Moskvanın əmək miqrantlarına ümumilikdə ehtiyacı olduğunu bildirərək onların xidmətindən imtina ediləcəyi təqdirdə iqtisadiyyatın çökəcəyini vurğulayıb.

Bununla belə mer miqrantlarla bağlı nəzarətin daha da ciddiləşdirilməsinin tərəfdarı olduğunu açıqlayıb.

Sobyanin Biryulovadakı meyvə-tərəvəz bazasının bağlanması məsələsinə də münasibət bildirib.

Qeyd edib ki, əgər sahibkarlar qayda-qanun yaratmasalar meyvə-tərəvəz bazalarını hamısı bağlanacaq: “Əgər onlar tələblərə əməl edib heç kəsə mane olmayacaqlarsa, qoy işləsinlər. Ancaq təəssüf ki, bir çox meyvə bazası bundan çox uzaqdır. Ya sahibkarlar qayda-qanun yaradacaqlar, ya da biz onları bağlayacağıq”.

S.Sobyanin məscidlərlə bağlı məsələyə də toxunub. Merin sözlərinə görə, paytaxtda yeni məscidlərin tikintisinə icazə verilmir:

“Hesab edirəm ki, Moskvada yetərli sayda məscid var. Biz görürük ki, müsəlman dini bayramlarına əsasən başqa bölgələrdən gələnlər olur. 60-70 faizi gəlmələrdir. Ancaq biz bütün arzu edənləri təmin edə bilmərik”.

Qeyd edək ki, Moskvadakı meyvə tərəvəz bazalarının əksəriyyəti azərbaycanlı iş adamlarına məxsusdur və orada çaılşanlar arasında da həmyerlilərimiz üstünlük təşkil edir.
2032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber