Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Fransada məscidlərə hücum oldu

Yanvarın 7-də baş vermiş terror aktından sonra Fransada bir neçə məscid hücuma məruz qalıb. TASS-ın verdiyi məlumata görə, bu hücumların təfərrüatları və bir-biri ilə əlaqəsi hələ dəqiqləşməyib.

Bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən Le-Man şəhəri yaxınlığındakı Sablon məscidinin həyətinə bir neçə əl qumbarası atılıb. Qumbaralardan ancaq biri partlayıb, heç kim xəsarət almayıb. Hazırda ibadətgah ətrafında polis mühafizəsi var.

Daha bir hücum Od departamentinin Por-la-Nuvel şəhərində baş verib. Cinayətkarlar axşam namazından təxminən 1 saat sonra şəhərdəki məscidi tapançadan atəşə tutublar. Həmin anda məscid boş olduğuna görə ölən və yaralanan olmayıb.

Vilfranş-Sür-Son şəhərindəki məscidin yaxınlığında yerləşən restoranda da parlayış baş verdiyi bildirilir. Zərərçəkənlər barədə ətraflı məlumat yoxdur. İstintaq aparılır./apa/
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı