Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

İçindən siçan çıxan limonadla bağlı araşdırma başlandı

"Caillou" nişanlı limonadın içindən siçanın çıxması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb".

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı "Caillou" limonadından zəhərləniblər.

Onlar İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.

Uşaqların hansı səbəbdən zəhərləndikəri araşdırmalardan sonra dəqiq məlum olacaq./ans/
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber