Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Kılıçdaroğluna ayaqqabı atdılar VİDEO

Türkiyədə CHP lideri Kamal Kılıçdaroğluna ayaqqabı atıblar. Hadisə təqaüdçülərin problemləri ilə bağlı Kılıçdaroğlunun keçirdiyi toplantıda baş verib. Toplantının sonlarına yaxın arxa sıralardan bir nəfər qalxaraq, "qəhr olsun belə düzən" deyib qışqıraraq ayaqqabısını CHP liderinə tərəf atıb. Ayaqqabı Kılıçdaroğludan yan keçib. Adam daha sonra ayaqqabısının ikinci tayını da CHP liderinə tərəf tullayıb. Mühsafizə xidməti onu toplantı zalından çıxarıb.

Kılıçdaroğlu baş verənlərlə bağlı adamın sadəcə ruhi xəstə ola biləcəyini deyib. Mühafizə xidmətinə tapşırıb ki, ona qarşı kobudluq etməsinjlər, sakit şəkildə yola salsınlar.

Etirazçının mətbuat nümayəndələri ilə birlikdə salona daxil olduğu, dəvət edilənlər siyahısında olmadığı bildirilib.



973 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı