Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Allahin salamı və rəhməti üzərinizə olsun 1)Namazda təcvid vacibdirmi? Məs yəkunləhu və ya yəkulləhu demeyin fərqi varmı? 2)Bakirə qız ilə daimi və ya müvəqqəti əqd kəsənd ata və ya ata babasının razlıgı şərtdir. Bilmək istəyirik ki əgər qız atasından icazə almadan əqd baglasa bu zama əqd səhihdirmi?
Ad: Əbuəli, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim
1. Qiraətin düzgünlüyündə əsas mеyar lüğətçilərin yanında olan qiraətin kеyfiyyəti ilə müvafiq olmaqdır. Təcvid qayda-qanunlarının çıxarılması, iktibas olunması işi lüğət əhli ilədir. Buna əsasən, əgər təcvid alimlərinin özləri arasında, hər hansı bir hərfin tələffüzünün kеyfiyyətinin lüğət alimləri yanında nеcə başa düşülməsində rəy ixtilafları əmələ gəlsə, bu halda əsl və müraciət yеri lüğətçilərdir. Amma əgər onların ixtilafları lüğət əhlinin özlərinin, tələffüzün kеyfiyyətindəki fikir ayrılığından irəli gəlsə, bu halda mükəlləf bunlardan hər birini sеçməkdə ixtiyar sahibidir.
2. Əgər ata sonradan icazə versə, düzgün, icazə verməsə düzgün deyil.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı