Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

İran–"Altılıq" nüvə danışıqlarının üçüncü mərhələsi başlayır

Cenevrədə bu gün İran–"Altılıq" nüvə danışıqlarının üçüncü mərhələsi başlayır
Bu gün Cenevrədə İran və “Altılıq” ölkələrinin nüvə danışıqlarının yeni mərhələsinə start veriləcək.

SalamNews-un İsna agentliyinə istinadla verdiyi xəbərə görə, artıq İranın müzakirəçilər qrupu Cenevrəyə yola düşüb. Danışıqların bu gün yerli vaxtla gönortadan sonra başlayacağı bildirilir.

Əvvəlcə danışıqların daha tez nəticə verəcəyi deyilirdi. Lakin tərəflərin son həftədə verdikləri bəyanatlarda bu barədə ümidsizlik hiss edilir. Onlar müzakirələrin ikinci mərhələsinin səmərəsiz olmasında bir-birilərini ittiham edirlər.

Müşahidələr göstərir ki, İran rəsmiləri uranın zənginləşdirilməsi prosesinin dayandırılmasını əsla qəbul etmək istəmir və İranın bu barədə hüquqlarının tanınmasını tələb edirlər.

"Altılıq"da yer alan Fransa isə danışıqlarda daha böyük tələblər irəli sürməkdədir.

Ekspertlərin fikrincə, “Cenevrə-3” nüvə danışıqları hər iki tərəf üçün həlledici sayılır və bu danışıqlarda dönüş nöqtəsi yarana bilər.
2006 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber