Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

09 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 09-da əsasən gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün birinci yarısında mülayimləşəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 1-4, gündüz 0 dərəcəyə yaxın şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 09-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Gecə arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16, yüksək dağlıq ərazilərdə 23-28, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir.
1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:31