Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

E. Şnouden: Stuxnet virus hücumu Amerikanın işi idi

Amerikanın keçmiş təhlükəsizlik xəfiyyəsi Eduard Şnouden özünün son açıqlamasında bildirib: İranın nüvə proqramı əleyhinə Stuxnet virus hücumunun arxasında Amerika dövləti dayanır.
Nur-az.com-un Fars News-a istinadlı məlumatına əsasən, o deyib: Amerika kiber müharibədə müdafiədə dayanmalıdır, hücuma keçməməlidir.
Bu vaxta qədər Amerikanın öz əhalisindən və başqa ölkələrin rəhbər şəxslərindən casusluq etməsi planlarını ifşa edən Şnouden deyib: Dövlətlər tərəfindən kiber hücumların artım tempi Amerikadan başladı.
O deyib: Dövlətlərin bir-birinə qarşı kiber hücumlara keçməsi tarixi Amerikanın Stuxnet virusu ilə İran əleyhinə hücumundan sonra başladı.
Onun açıqladığı hesabata əsasən, Stuxnet virusu ilə həyata keçirilmiş kiber hücum, kiber müharibə tarixinin ən mühüm hücumu olmuşdur. Lakin İranın nüvə proqramına nəzərə çarpacaq zərbəni vura bilmədi. Bundan öncə deyilmişdi ki, rəsmi Vaşinqton Corc Buşun prezidentliyi dövründə İsraillə əməkdaşlıq edərək bu virusu hazırlamışdı.
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51