Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Kazandakı təyyarə qəzasının detalları məlum olur

Moskva-Kazan təyyarəsinin qəzası ilə bağlı ilkin araşdırmalardan məlum olub, qəza ekipajın təyyarəni ikinci yerə endirmə cəhdi zamanı baş verib.

Pilot dikinə enmə üsulundan istifadə edərkən nəzarəti itirib. Bu zaman təyyarənin sürəti qalxma sürətinə bərabər olub və təyyarə burnu ilə yerə dəyib.

Rusiya televiziyası ilə də təyyarənin şaquli vəziyyətdə yerə dəydikdən sonra partladığı nümayiş etdirilib.

Moskva-Kazan sərnişin təyyarəsi qəzaya noyabrın 17-də uğrayıb. Nəticədə təyyarədə olan 50 nəfər həlak olub. Rusiyanın Fövqəadə Hallar Nazirliyinin bildirdiyinə görə, onların 44-ü sərnişin, 6-sı ekipaj üzvüdür.

Tatarıstan hava yolları şirkətinə məxsus təyyarədə Tatarıstan prezidentinin oğlu İpək Minnixanov və Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan şöbəsinin müdiri Aleksandr Antonov da olub.
1805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber