Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

2014-cü ildə baş verən təyyarə qəzalarında neçə nəfər ölüb?

2014-cü ildə dünyada baş verən təyyarə qəzaları zamanı 884 nəfər dünyasını dəyişib ki, bu da 2005-ci ildən bu yana qeydə alınan ən pis göstəricidir.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Ötən il aviaqəzalarda ölənlərin 3/4 hissəsi Cənubi Asiya şirkətlərinə məxsus təyyarələrin iştirakı ilə baş verən üç iri qəzanın payına düşüb:
227 nəfər mart ayında "Malaysian Airlines"ə məxsus "Boeing - 777" təyyarəsi ilə birgə Hind okeanı üzərində itkin düşüb; 283 nəfər iyul ayında eyni şirkətə məxsus eyni model təyyarənin Ukrayna üzərində vurulması nəticəsində həlak olub; daha 155 nəfər dekabrda "AirAsia"ya məxsus təyyarədə qəzaya uğrayıb.
Qeyd edək ki, 2013-cü ildə təyyarə qəzaları zamanı 220 nəfər həyatını itirib.
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24