Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

Bakıda müəllim vəhşiliyi

Sosial şəbəkələrdə Bakıda müəlimin azyaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.
Facebookda "Sancaq" səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva 1-ci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.
Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunur. Səbəb isə 1-ci sinif şagirdinin yazını yaxşı yazmaması olub.
Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bildirib ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: "Bununla bağlı araşdırma aparılacaq"./ans/


731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP