Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

Bakıya HacıBəla kimi səriştəsiz, məsuliyyətsiz rəhbər yaraşmır...

Hərbi ekspert Üzeyir Cəfərov bu dəfə yağan qardan sonra iflic olmuş şəhər təsərrüfatına görə paytaxt meri Hacıbala Abutalıbovu qınayıb:

"Bu gün hansısa hərbi mövzudan yazmayacağam. Bu gün hər birimizi narahat edən, hər birimizi düşündürən bir məsələdən qısaca bəhs etmək istərdim. Neçə gün idi ki, sinoptiklər Bakıya və rayonlarımıza qar yağacağını deyirdilər. Və buna cavab olaraq, şəhər təsərrüfatına cavabdehlik daşıyan şəxslər də növbəyə dayanaraq bütün telekanallardan, xəbər saytlarından bəyan edirdilər ki, onların rəhbərlik etdikləri sahələr qışa TAM HAZIRDIRLAR.
İndi dünəndən başlayan qar və xırda çovğun bir daha bu adamların çoxunun yalan danışdıqlarını sübut etdi. Sosial şəbəkələrdə, elə dünənə kimi qışa hazır olmaqlarından danışan bəzi telekanallar, radiostansiyalar az qala Bakıda və rayonlarda həyatın iflic olması haqqında davamlı danışır və xəbər verirlər. Sual olunur: bəs nə oldu, ay cənab yoldaşlar? Bəlkə əllərimizi göyə açaq Allah-Təaladan bu xalqa fəsillərdən birini ixtisara salmağı xahiş edək ki, bu qədər əzab-əziyyət olmasın? İndı səhər tezdən məlumatlara baxıram ki, yollardakı bərbad vəziyyətə görə 3 nəfər avtomobil qəzasına düşərək dünyasını dəyişib, onlarla vətəndaşımız ciddi xəsarətlər alıblar. Yüzlərlə maşın zədələnib. Gəlin bir yerdə balaca bir hesablama aparaq. Görün bir neçə məsuliyyətsiz və səriştəsiz, bəlkə də vicdan hissini itirmiş adamlara görə minlərlə, bəlkə də milyonlarla insan necə əzab-əziyyətlər çəkir?! İstilik bərbad vəziyyətdə, elektrik enerjisinin verilməsində fasilələr, yolların iflic vəziyyətində olması. Hansını deyək? Məgər aylarının çoxu qışa təsadüf edən dünya şəhərlərində bu qədər problem olur? Məgər onların cavabdehlik daşıdıqları sahələr 2-3 saat qar yağmaqla təbiətə təslim olurlar?
Sadəcə hesab edirəm ki, artıq Bakı şəhərinə yeni rəhbərin təcili tapılmasına başlanılmalıdır. Onunla bərabər, şəhər təsərrüfatına ciddi, işini bilən şəxslər təyin edilməlidirlər. Bəzi dostlarımız rast gəldikləri problemlərə görə düşünürlər ki, Bakıya və ümumilikdə ölkəmizə qar yaraşmır. Mən isə deyirəm ki, Bakıya hər şey yaraşır. Sadəcə açıq etiraf etmək lazımdır ki, Bakıya belə səriştəsiz, məsuliyyətsiz HacıBəla Abutalıbov kimi rəhbər və şəhər təsərrüfatına cavabdehlik daşıyan şəxslər yaraşmır.
İnanmaq istərdim ki, yazdıqlarım iradlar və tənqidlər kiminsə xətrinə dəymək üçün deyil, sadəcə real vəziyyəti dərindən anlamaq üçün bir mövzu kimi qəbul olunacaqdır."/moderator/
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber