Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

Leyla Yunusun vəziyyəti yaxşı deyil

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Qəmbərov bəyanat yayaraq, onun vəziyyətinin yaxşılaşdığı haqqında iddiaları təkzib edib.

“AzərTAC-ın alman həkim K.Vittə istinadla Leyla Yunusun səhhətinin guy yaxşı olduğu haqqında yaydığı bəyanat həqiqətə uyğun deyil.

Yaxın gələcəkdə o, öz rəyini Avropa Məhkəməsinə təqdim edəcək”, deyə bəyanatda bildirilir.

Daha sonra vəkil yazır ki, yanvarın 8-də İstintaq Təcridxanasında onun iştirakı ilə L.Yunusun məhkəmə-tibbi ekspertizası keçirilib.

L.Yunus Penitensiar Xidmətin onun səhhətinin guya yaxşı olması haqqında bəyanatı haqqında məsələ qaldırıb. “Buna cavabda 29.12.2014-cü il tarixində müayinədə iştirak etmiş tibbi xidmətin rəisi bildirib ki, belə bir bəyanat ola bilməz, belə ki, araşdırmalar onun həbsxana şəraitində qara ciyəri dağıdan hepatit C xəstəliyi, şəkərli diabeti (200-210), yüksək təzyiqi (116/186) olduğunu və 5 ayda 62 kq-dan 48 kq-a qədər çəki itirdiyini təsdiq edib.

Təhlillər böyrəklərində və öd kisəsində daş olduğunu üzə çıxarıb. Tibbi Hissənin müdiri bildirib ki, 6 əməliyyat keçirdikdən sonra sağlam olmaq mümkün deyil”, deyə vəkil yazır.

Məhkəmə-tibbi ekspertiza təsdiq edib ki, göz büllurunun dəyişdirilməsi əməliyyatlarından sonra Yunusun başı ağrıuır. Əsəb spazmaları normal qidalanmağına imkan vermir, belə ki, qida qəbulu daim qusmaya səbəb olur.

“L.Yunusun tibbi müayinədən yayındığı haqqında iddialara gəlincə, qeyd etmək istəyirəm ki, o, dəfələrlə yerli həkimlərə etibar etmədiyini bildirib, buna görə alman həkim Kristian Vittin iştirakı ilə müayinəyə razılıq verib. Müayinədən sonra Vitt L.Yunusa bildirib ki, qan nümunələrini Almaniyaya aparacaq, orada müvafiq təhqiqatlar aparılacaq”, deyə vəkil yazır.
807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber