Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

Terrorçular yeni girovlar götürdü, Paris ətrafında atışma

Parisin şimalında Şərif və Səid Kuaşşi qardaşlarının ttulması istiqamətində xüsusi əməliyyat həyata keçirilir. Kuaşi qardaşları Dammarten-an-Qoel şəhəri yaxınlığında avtomobiil qaçırıb. Qardaşların yeri müəyyənləşdirilib, lakin onlar bir neçə nəfəri girov götürə bilib. Təqib zamanı atışma baş verib. Terrorçular polislərə atəş açıb. Qardaşların tutulması üçün 5 helkopter də cəlb edilib.

Le Point nəşrinin yaydığı məlumata görə, Fransanın daxili işlər naziri Dammarten-an-Qoel-də xüsusi əməliyyatın keçirildiyini təsdiqləyib.

İlkin məlumatlara görə, qardaşlar qadının idarə etdiyi avtomobili qaçırıb. Lakin sonradan qadını sərbəst buraxıblar. Sürücü qadın terrorçu qardaşları tanıyıb.


Fransa mətbuatının məlumatına görə, hazırda Kuaşi qardaşları bir neçə nəfəri girov saxlayır.
836 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00