Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

Fransada daha dəhşətli terror aktları hazırlanır – Livan kəşfiyyatı

Livan kəşfiyyatı bir sıra terrorçu qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib.

Bu barədə Livanda nəşr olunan “Əs-Səfir” qəzeti məlumat yayıb. “Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar “Charlie Hebdo” jurnalına qarşı törədilən terrordan daha amansız olsun”, – deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib.

Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.
913 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber