Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

İsveçdə müsəlmanlara qarşı daha bir iyrənc addım atılıb

İsveçdə məscidə çirkin hüum olub. Bu ölkədə məscidlərə hücum 3 həftədir ki, başlayıb.

Mariestad şəhərindəki məscidin pəncərələri gecə saatlarında qırılaraq içəri donuz əti atılıb.
İbadət ocağının divarlarına isə irqçi şüarlar yazılıb.

Polis faktı təsdiqləyib. Artıq bu hadisə ilə bağlı araşdırma da başlanılıb.

Şəhərdə yaşayan müsəlmanlar baş verən hadisədən təşvişə düşüblər.

Xatırladaq ki, ötən həftə Vyanada da bir məscidə donuz başı atılmışdı.
Dekabrın 25-də İsveçin Eskilstun şəhərində məscid yandırılıb. Hadisə zamanı binada 15-20 nəfər adam olub. İnsident zamanı onlardan beşi zərər çəkib. Hadisə şahidləri naməlum şəxsin məscidin pəncərəsinə nəsə atdığını və bundan sonra güclü yanğının başladığını deyiblər.

Dekabrın 28-də isə Eslev şəhərindəki məsciddə yanğın hadisəsi baş verib. Polis yanğının qəsdən törədildiyini ehtimal edir./ans/
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber