Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

QAT-dan telekanallara “dəyənəklə qayda-qanun yaratmaq” hədəsi

“...əlimizə dəyənək götürüb, bu yaramazların dərsini vermək, bu cür yolla qayda-qanun yaratmaq məcburiyyətində qalaq”

“Milli Televiziya və Radio Şurasının (MTRS) sədri Nuşirəvan Məhərrəmovun özəl telekanallarla bağlı bildirdiyi iradlar, televiziya və radio məkanlarımızda vəziyyətin doğrudan da, həddindən artıq ağır olduğunu bir daha göstərir. Cəmiyyətdə televiziya və radiolardakı verlişlərin səviyyəsi ilə bağlı ciddi narazılıq, hətta qəzəb hissi mövcuddur”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) 9 yanvar tarixli bəyanatında belə deyilir. Təşkilatın yaydığı sənəddə bildirilir ki, verilişlər bayağı, zərərli və primitivdir: “Televizyaların və radioların əksəriyyəti əxlaqsızlığı, eybəcərliyi, yad dəyərləri təbliğ etməklə məşğuldur. Televiziyalara və radiolara heç bir nəzarət hiss olunmur, nə istəyirlər, onu da edirlər. Biz hesab edirik ki, bu vəziyyətin yaranmasında Milli Televiziya və Radio Şurasının da günahı var. Şura ya proseslərə nəzarət etməli, ya da gücsüzlüyünü etiraf etməlidir. Vəziyyət nə yerə çaıtb ki, hər hansı telekanala Şuranın xırda bir iradı həmin telekanalın ən kəskin əks-hücumu ilə nəticələnir. Bunun günahı isə həmin telekanalın arxasında duran dövlət məmurudur. Deməli, efirimizin bu vəziyyətə salınmasının məsuliyyəti dövlət məmurlarımızın üzərinə düşür”.
QAT-ın bəyanatında daha sonra vurğulanır: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, hesab edirik ki, torpaqları işğal altında olan bir ölkədə tele-radio məkanın bu vəziyyətə salınması ən ağır cinayətə bərabərdir və çox ağır nəticələri ola bilər. Dünyanın bütün ölkələrində tele-radio verlişlərində müəyyən proporsiya gözlənilir, hər dövlətin milli maraqları üstün tutulur. Bizdə bu proporsiyalar kobud şəkildə pozulur.
Məsələn, torpağı işğal altında olan bir ölkədə Qarabağ, vətənpərvərlik məsələləri yox dərəcəsindədir. Bu vəziyyət dövlət səviyyəsində ciddi müzakirə olunmalı, ciddi tədbirlər görülməlidir. İctimai, siyasi qurumlar, tanınmış ictimaiyyət nümayəndələri, mətbuatın özü bu məsələyə biganə qalmamalı, səsini qaldırmalıdır. Mətbuat azadlığı cinayət üçün azadlıq demək deyildir. Xalqın mənəviyyatını korlamaq, əxlaqsızlığı təbliğ etmək, yad və zərərli dəyərləri cəmiyyətə yeritmək ən ağır cinayətdir”.
Bəyanatda deyilir ki, bu cinayətləri törədənlər cavab verməlidir: “Kimisə hansısa televiziyaya və ya radioya rəhbər təyin ediblərsə, yaxud özünə özəl teleradio yaradıbsa, bu, o demək deyil ki, başına qohum-əqrabasını, dost-tanışını yığıb, ağlına gələni edə bilər. Hər kəs cəmiyyət, dövlət qarşısında öz məsuliyyətini dərk etməlidir. Müvafiq rəsmi qurumlar da, teleradio rəhbərləri də təcili tədbirlər görməlidirlər. Elə etməsinlər ki, əlimizə dəyənək götürüb, bu yaramazların dərsini vermək, bu cür yolla qayda-qanun yaratmaq məcburiyyətində qalaq”.
Hələlik MTRŞ-dan, həmçinin radio və telekanallardan bəyanata hər hansı reaksiya verilməyib./musavat/
830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı