Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

10 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.
Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 60-70, gündüz 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı