Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

"Bu müharibə çox fərqlənəcək, əsl nüvə müharibəsi olacaq"

Rusiya və Avropa ölkələri arasında Ukrayna münaqişəsinə görə yalnız genişmiqyaslı müharibə deyil, nüvə savaşı başlaya bilər.

Bu barədə SSRİ-nin sabiq prezidenti "Der Spiegel" jurnalına müsahibəsində deyib.

Qorbaçov bildirib ki, əvvəl-axır tərəflərin səbri tükənəcək və qorxulu savaş başlayacaq.

"Bu müharibə digərlərindən çox fərqlənəcək. Əsl nüvə müharibəsi olacaq", deyə Qorbaçov bildirib.

Qeyd edək ki, Qorbaçovun Rusiya ilə Avropa ölkələri arasında yeni müharibənin başlayacağı ilə bağlı birinci xəbərdarlığı deyil. Ötən ilin əvvəlində Qorbaçov təcili şəkildə sammit keçirilməsini təklif etmişdi. O, bildirmişdi ki, Ukrayna məsələsi masa üzərində həll olunmasa müharibə başlayacaq./ans/
822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber