Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Qusarda 44 məktəb odunla qızdırılır

Qusarın Quxuroba kənd məktəbi isitmə sisteminin olmamasında əziyyət çəkir.

Regional TV xəbər verir ki, son günlərdə ölkə ərazisində, xüsusən şimal zonasında havanın kəskinləşməsi bəzi orta məktəblər üçün problemə çevrilib.

Qarlı-çovğunlu hava Qusar rayonunun Quxuroba kənd tam orta məktəbinin şagird və müəllimlərini çətin vəziyyətə salıb. İstifadəyə verilməsindən 25 il ötsə də, tədris mərkəzində bu günə kimi əsaslı təmir işləri aparılmayıb. Təhsil ocağında qəzalı vəziyyətə düşən otaqların sayı 5-ə bərabərdir. 3 mərtəbəli məktəb binasının qızdırılmasında odundan istifadə olunur. Pəncərə və döşəməsindəki nasazlıqlar, sinif otaqlarının böyük olması şagirdlərin dərsə davamiyyətinə də təsir göstərir.

Əlverişsiz hava şəraiti ucbatından əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edir.

Bildirək ki, 400-ə yaxın şagirdi olan məktəbdə Quxuroba ilə yanaşı ətrafda yerləşən daha 4 kəndin şagirdləri də təhsil alır. Şagird sayı çox olduğundan dərslər iki növbədə aparılır. Məktəbin direktoru Rasid Tahirovun sözlərinə görə, tədris ocağının əsaslı təmirə ehtiyacı var.

Qusar Təhsil Şöbəsindən isə Quxuroba kənd məktəbinin qəzalı vəziyyətə olmasından xəbərdar olduqlarını bildiriblər. Verilən məlumata görə, tədris ocağının təmir oluması üçün müvafiq təşkilatlar məlumatlandırlıb.

Onu da bildirək ki, ümumlikdə Qusarda 86 məktəb var. Bunlardan 44-nün qızdırılmasında odun yanacağından istifadə olunur.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20